#1

Bir az özüm haqqında

entyre

Mən Fuad Həsənli, 1992-ci il Sumqayıt şəhərində anadan olmuşam. Azərbaycan Texniki Universitetinin Kompyuter Elmləri ixtisasını bitirmişəm. Hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasının İdarəetmədə İnformasiya sistemləri ixtisası üzrə magistr təhsili alıram.

4 ilə yaxındır ki, proqramlaşdırmanın veb sahəsi üzrə çalışıram. Bir sıra şirkətlərdə çalışmışam, bununla yanaşı öz layihələrimi də reallaşdırmışam.

Əgər sizin də veb sayt və layihələrinizi reallaşdırmağa ehtiyacınız varsa, mənimlə əlaqə saxlıya bilərsiniz. Münasib qiymət və şərtlərlə sizin layihələrinizi reallaşdıra bilərəm.

Bu sahədə olan biliklərimin göstəriciləri: ↓

90%
PHP (OOP, MVC, Codeigniter, Kohana, Yii framework)
65%
Nodejs
85%
MySql
70%
MongoDB (mongoose)
90%
HTML
80%
CSS (Bootstrap)
75%
Javascript (Jquery library, JSON)
85%
Ajax
90%
VCS (Git+Bitbucket)

#2

Bir az xidmətlərim haqqında

Mən bir veb proqramçı olaraq, sizə istədiyiniz şəkildə saytların hazırlanması xidmətini göstərə bilərəm. "İşim keyfiyyətimdir" fikri mənim həmişə ağlımdadır. Mən sizin razı qalacağınıza təminat verirəm.

Göstərə biləcəyim xidmətlər: ↓

Proqram təminatı

Veb saytı ələ almadan əvvəl iştirak etdiyi sektoru, rəqib firmaları, istehsal və xidmət məntiqini araşdırıram. Daha sonra firmanın ehtiyacları və istəkləri istiqamətində dizayn quruluşunu müştəri rahatlığını düşünərək hazırlayıram. Veb saytınızın istəkləriniz istiqamətində gücləndirilməsi, ziyarətçi statistikasını inkişaf etdirilməsi, məzmun tənzimləmələri, axtarış mühərriki optimizasiyası kimi mövzularda da dəstək verərək daha güclü bir veb sayt sahibi olmanızı təmin edirəm.

Yüksək səviyyədə təhlükəsizlik

Mən bir veb proqramçı olaraq, sizə hazırladığım saytların təhlükəsizliyinə tam zəmanət verirəm. Bəzi “dostlarımız” qarşısına çıxan saytlarda boşluqlar axtarıb, bu sayta hücum etmək istəyirlər. Saytlara qarşı bir çox hücum növləri var. Mən bu və digər hücumlara qarşı sizin saytları yüksək səviyyədə qorumaq üçün əlimdən gələn hər bir işi etməyə hazıram.

Dizaynların hazırlanması

İlk görüntü qalıcı təəssurat yaradır. Bu səbəbdən dizayn seçimi çox önəmlidir. Sayta ilk daxil olan istənilən istifadəçini əvvəlcə saytın görünüşü “qarşılayır”. Dizayn nə qədər uğurlu seçilmiş olarsa, saytı açma məqsədinizə o qədər daha yaxınsınız deməkdir. Dizayn seçərkən bir neçə nüansa diqqət yetirməniz vacibdir :
1. Məqsədinizi müəyyən edin
2. Hədəf kütlənizi tanıyın
3. Yaradıcılıq

Keyfiyyətli və ucuz hostinqlərin satışı

Mən sizə uyğun hostinqlər təqdim edirəm. Hostinqləri satarkən maddiyyata və keyfiyyətə xüsusi diqqət yetirmişəm. Bu hostinqlər güclü və sürətli serverdə yerləşir və bir çox server dillərini dəstəkləyir. Saytınıza hücüm yalnız proqram tərəfdən deyil, server tərəfdən də ola bilər. Lakin bu hostinqlərin yerləşdiyi server daima nəzarət altındadır və daima qorunulur. Qısası sizin saytınız server tərəfdən heç bir hücuma məruz qalmayacaq.

#3

Bir az gördüyüm işlər haqqında

Aşağıda gördüyünüz işlərin müəllifi mənə məxsusdur. Bunlardan başqa bir çox veb applikasiyaların müəllifiyəm. Freelancer və şirkətlərdə işlədiyim müddətdə hazırladığım layihələrə baxa bilərsiniz: ↓

Startup Azerbaijan
Daşınmaz əmlak
Elanlar, xəbərlər və reklamlar

Elanlar, xəbərlər və reklamlar

PAY Group Limited Liability Company

PAY Group Limited Liability Company

Omega company
Dini və ictimai jurnal

Dini və ictimai jurnal

Erko mühəndislik

#4

Bir az da əlaqələr haqqında

Mənimlə email, telefon və sosial şəbəkələr üzərindən əlaqə saxlıya bilərsiniz. Bunlar da mənim əlaqə vasitələrim: ↓

Mobil : (+994) 50 687 78 36

Email : fhesenli92@gmail.com

facebook
twitter
google
linkedin
flickr
skype